kubanicbek 1

Oktyabrın 8-də Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə rəsmi qəbul keçiriləcək.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, tədbir həm də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə baş tutacaq.

Yeni baş katib isə oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin 13-cü Zirvə görüşündə müəyyənləşəcək.

Qeyd edək ki, K.Omuraliyev 2022-ci ildən TDT-nin baş katibidir.

Paylaş: