ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda zərərli ağcaqanadların sayının 2028-ci ilə qədər 90 faiz azaldılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, sənəddə eyni zamanda gənə populyasiyasının da 2028-ci ilə qədər minimum 50 faiz azaldılması hədəfi müəyyənləşdirilib.
Proqram çərçivəsində kimyəvi vasitələrdən istifadəni minimuma endirən üsullar və biotexnoloji imkanlardan yararlanılması planlaşdırılır.
Müvafiq fəaliyyət planının hazırlanmasına ABŞ-ın daxili işlər və kənd təsərrüfatı nazirləri, eləcə də Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəhbəri cəlb olunacaq.
Safura Bənnayeva
Globalinfo.az