“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılır:
“Bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra mənə bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib. Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm”.
C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını qeyd edib.
O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb.
C.Həmidov həmçinin bundan sonra kanalın kimlər tərəfindən və hansı şəraitdə idarə edildiyi barədə danışacağını bildirib.