tramp 1 900x556 1

ABŞ Prezidenti Donald Tramp ölkə hərbçilərinin 23 ildən sonra İraqdan çıxmasını “tarixi mərhələ” kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə danışıb.

“Biz İraqdan rədd olub gedirik. Bu gün ABŞ üçün qələbə günüdür”, – o bildirib.

Tramp sonuncu ABŞ hərbçilərinin İraqı tərk etdiyini açıqlayaraq, ölkənin bu münaqişədə uzun müddət iştirak etdiyini qeyd edib:

“İraq müharibəsi 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə başlayıb, daha sonra Barak Obama və Co Baydenin hakimiyyəti illərində davam edib. İraqdakı hərbi əməliyyatların 2026-cı ildə onun prezidentliyi dövründə başa çatması nəzərdə tutulur. Bu proses həm İraq, həm də İŞİD-lə mübarizə baxımından qələbədir  və terror qruplaşması tamamilə məhv edildi.

Koalisiya qüvvələrinin və hərbi texnikanın Ərbil Hava Bazasından çıxarılması ABŞ-ın İraqdakı uzunmüddətli hərbi iştirakının başa çatmasının son mərhələsi olub”.

Paylaş: