
Türkiyənin tanınmış sosial media fenomeni Dilan Polat saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Buna səbəb onun ölkə prezidentini təhqir etməkdə ittiham olunmasıdır.
Bildirilir ki, Anadolu Baş Prokurorluğu sosial şəbəkələrdə yayılan görüntüdən sonra Dilan Polat barəsində araşdırmaya başlayıb.
Fenomenə qarşı “Prezidenti təhqir etmə” maddəsi üzrə istintaq aparılır.
İstintaq çərçivəsində saxlanılan Polat ifadəsinin alınması üçün ədliyyə binasına aparılıb.
Lakin prokurora ifadə verdiyi zaman onun səhhətində problem yaranıb. Bundan sonra hadisə yerinə tibbi yardım briqadası çağırılıb.
Qeyd edək ki, Dilan Polat daha əvvəl də hüquq-mühafizə orqanlarının diqqətində olub. O, narkotik və ya stimullaşdırıcı maddələr, eləcə də çirkli pulların yuyulması ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılmışdı.
Safura Bənnayeva
Globalinfo.az