milli meclis esas 900x553 1

“Azərbaycanda narkotiklə bağlı çox ciddi qanun pozuntuları olur. Burada köhnə qanunlarımızda nəzərdə tutulur ki, kim bu barədə xəbər verərsə, məsuliyyət yüngülləşdirilir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, lakin qanunda xəbər verən şəxslərin mükafatlandırılması nəzərdə tutulmur:

“Narkotik dövriyyəsi, bunun satışı ilə bağlı məlumat verən şəxslərin kimliyinin anonim saxlanılması ilə mükafatlandırılması bizə bir çox imkanlar yaradacaq. Narkotik ticarətə mane olmaq üçün bu qəbildən addımların atılması yaxşı olardı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: