Quba-Xınalıq yolunda sürüşmə olub.
Globalinfo.az bildirir ki, APA-nın Şimal bürosunun məlumatına görə, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.
Əlaqəli xəbər
Bakıda restorandakı yanğın söndürüldü
Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.