2026-cı il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çayda 5, suvarma kanalında 18, su anbarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Globalinfo.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən birifinqdə deyib.
O, Xəzər dənizi hövzəsində təhlükəli hesab edilən əraziləri də açıqlayıb:
“Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdakən qəsəbəsində Nil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilib. Burada sualtı axınlar normadan artıqdır, bəzi ərazilərdə qəfləti dərinliklər mövcuddur”.
“İyul ayında dənizdə batması ehtimal edilən 3 nəfərina axtarışları davam etdirilir”- Aqşin Əlili qeyd edib.