“Avropa İttifaqı (Aİ) indi Rusiyanın Ukrayna ilə münaqişədə qalib gəldiyini dərk edir”.
Globalinfo.az xəbər verir ki, bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen deyib.
“Avropada panika başlayıb, çünki onlar Ukraynada qalib gəlmədiklərini və hər şeyin çox sürətlə dağıldığını anlayıblar. Məlum oldu ki, ukraynalıların problemi təkcə şəxsi heyətin çatışmazlığı ilə bağlı deyil, həm də bütün infrastrukturladır”, – deyə o bildirib.
Dizenin sözlərinə görə, Ukraynanın artıq polad sənayesi də qalmayıb.
O qeyd edib ki, avropalılar siyasətçilərin açıqlamalarına baxmayaraq, əslində Ukraynanı davamlı şəkildə maliyyələşdirmək imkanında deyillər.
Bunun isə Kiyevdə ciddi narahatlıq yaratdığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az