ferhat gundogdu aa 2491718

Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu saxlanılıb.

Gloalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Gündoğdu rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı araşdırma çərçivəsində ittiham olunur.

İstintaq çərçivəsində MHK-nin daha yeddi üzvünün də saxlanıldığı bildirilir. Beləliklə, komitənin ümumilikdə səkkiz üzvü ilə bağlı araşdırma aparılır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: