
Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının binasına endirilən dron zərbəsi nəticəsində iki akademik həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “UNIAN” Ukrayna Milli Elmlər Akademiyasının Prezidenti Anatoli Zaqorodnının açıqlamasına istinadən məlumat yayıb.
Zaqorodnının bildirdiyinə görə, hadisədən sonra bir neçə akademiklə əlaqə yaratmaq mümkün olmayıb. Hazırda onların taleyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
Safura Bənnayeva
Globalinfo.az