İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə bağlı yeni məhkəmə prosesi gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nərşi yazıb.
Belə ki, digər Premyer Liqa klublarının maliyyə qaydalarının pozulması ilə bağlı “Mançester Siti”yə qarşı ümumi dəyəri təxminən 800 milyon funt sterlinq olan iddialar qaldırmağa hazırlaşdığını yazıb.
Məlumata əsasən, Premyer Liqanın “Mançester Siti”yə qarşı irəli sürdüyü 115 ittihamdan 114-ü üzrə klubun təqsirli olduğu bildirilir.
Klubun üzləşə biləcəyi sanksiyalar arasında xal silinməsi, Premyer Liqadan çıxarılma və qazanılmış bəzi titulların ləğvi kimi cəzalar da göstərilir.
Qeyd edək ki, “Mançester Siti” 2009/10–2017/18 mövsümləri ərzində maliyyə qaydalarını pozduğu iddiası ilə 2024-cü ilin fevralında ittiham olunub.