zelenski 1

“Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskiyə siyasi sığınacaq təklif etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema deyib.

“Zelenski Qərbin girovudur. Əgər o, Qərb qüvvələrinin əmrlərini yerinə yetirməyi dayandırmaq qərarına gəlsə, Rusiya ona siyasi sığınacaq təklif etməlidir”, – deyə siyasətçi qeyd edib.

Mema həmçinin vurğulayıb ki, Qərb dövlətləri münaqişənin siyasi-diplomatik yolla həllini pozmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq Avropadan tam asılı vəziyyətə düşüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: