si briz

“Formula 1″in “Sea Breeze”-ə köçürülə biləcəyi haqqında fikir var. Bunun üçün birinci növbədə, tamdəyərli bir tras layihələndirilməli və tikilməlidir, həmçinin “Formula 1″in təsdiqi alınmalıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov deyib.

O bildirib ki, bunun üçün geniş imkan olmalıdır:

“Ən əsası isə, bu trasın səhrada olmaması üçün onlarla bina tikib istifadəyə verməliyik ki, “Formula 1” gözəl görünüşə malik olsun və tamaşaçıların artıq öyrəşdiyi Bakı obrazını əks etdirə bilsin. Müvafiq olaraq, çatdıra bilsək, hər şey mümkündür”.

Xatırladaq ki, bir müddət əvvəl Emin Ağalarov “Formula 1”-in “Sea Breeze”də keçiriləcəyini demişdi.

WhatsApp Image 2026 09 26 at 13.10.03

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: