“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü yenidən Füzulidə, Köndələn su anbarında baş tutacaq.
Globalinfo.az xəbər verir ki, Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanın 100-dən artıq ən güclü gənc avarçəkəni Qarabağda ilk medalını qazanmağa çalışacaq.
Uşaq və yeniyetmələr üçün əyləncəli proqramlar təşkil ediləcək, həmçinin Köndələn su anbarında avar çəkmək imkanı yaradılacaq!
Bu, təkcə idman yarışı deyil, həm də Qarabağ adlı şanlı zəfərin dünyaya müjdəsidir!
Yarışları izləmək üçün hər kəs dəvətlidir.
