Azərbaycanın 68 şəhərinin 20 illik baş planı təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycanın 79 şəhərindən 68-nin 20 illik baş planı təsdiqlənib, qalan şəhərlərin baş planları isə təsdiqlənmə mərhələsindədir.
Anar Quliyev qeyd edib ki, baş planlar şəhərlərin uzunmüddətli inkişafını, infrastrukturun, mobilliyin, iqtisadi fəaliyyətin və yaşayış mühitinin formalaşdırılmasını təmin edən əsas çərçivədir.
Zaira Akifqızı
Globalinfo.az