emin agalarov

“Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov “Sea Breeze” layihəsinin inkişafı və gələcək planlarından danışıb.

Globalinfo.az xəbər verir ki, layihəsinin rəhbəri Emin Ağalarov Azərbaycanda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib ki, layihənin növbəti 7-8 il ərzində inkişaf etdirilməsi, ərazidə müasir şəhər infrastrukturu, uşaq bağçaları, qolf zonası, incəsənət mərkəzi, təmiz enerji və təhlükəsizlik sistemlərinin yaradılması planlaşdırılır.

E.Ağalarov qeyd edib ki, “Sea Breeze” üzrə əldə olunan təcrübə gələcəkdə müxtəlif miqyaslı layihələrdə və fərqli tərtibatçılarla tətbiq oluna bilər.

“Sea Breeze” layihəsinin artıq 1,2-1,3 milyon kvadratmetr həcmində inkişaf modelinə malik olduğunu deyən E.Ağalarov bunun digər investor və tərtibatçıların cəlb olunmasını asanlaşdırdığını vurğulayıb.

O, həmçinin Özbəkistanda, o cümlədən Daşkənd və Səmərqənddə yeni layihələrin həyata keçirilməsi imkanlarından danışıb. E.Ağalarov bildirib ki, məqsəd yerli və beynəlxalq tərtibatçıları birgə layihələrə cəlb etməkdir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: