kbrr

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov, İ.Abışov və N.Məmmədli saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş: