***12:00
İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Globalinfo.az bildirir ki, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.
Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.
İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.
Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib.