Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
Globalinfo.az xəbər verir ki, APA-nın Naxçıvan bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.
Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Qeyd edək ki, Ovni Mehbalı oğlu Muradov 5 avqust 1983-cü ildə Babək rayon Nehrəm kəndində anadan olub.
2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin tarix ixtisasını bitirib.
2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb.
2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.
2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.
2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.
2023-cü il sentyabr ayının 12-dən 2023-cü il oktyabr aynın 16-nadək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib.
2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib, ötən gün bu vəzifəsindən azad edilib.
Ailəlidir, 2 övladı var.