Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) öz işinə başlayıb.
Builki forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum 2 gün davam edəcək.
Globalinfo.az “Qafqazinfo”ya istinadən forumdan fotoları təqdim edir:













