Pasinyan 121xerite

“Ermənistanla Rusiya arasındakı əlaqələrdə yeni dəyişikliklər müşahidə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan–Moskva münasibətlərindəki transformasiyanın əsas səbəblərindən biri Ermənistanla Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişlərdir:

“Uzun müddət Ermənistan və Rusiya arasındakı münasibətlərin xarakterinə Azərbaycanla bağlı münaqişə ciddi təsir göstərib. Azərbaycanla sülhün əldə olunması iki ölkə arasındakı əlaqələrə də təsirsiz ötüşməyəcək”.

Paşinyan Ermənistan–Rusiya münasibətlərindəki dəyişiklikləri təbii proses kimi qiymətləndirib və gələcəkdə əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasının İrəvan üçün arzuolunan olduğunu vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: