unnamed file

Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən kişini vurub.

Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Paylaş: