qurbbb

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

AYNA-dan Globalinfo.az-a bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.

Layihə, xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir.

ee8da22d f293 46f4 b17c a1cf0829bfd2
92aab027 6e29 4a9f a6c8 65d15ecba1d5
b8de54a5 1cfb 4942 bbb1 8aae7b6021b1

Paylaş: