“Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, ən yaxşı nəticəni “Mersedes” pilotu Corc Rassell göstərib.
“Red Bull”dan Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü olub.
***13:31
“Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Globalinfo.az xəbər verir ki, onun bolidində problem aşkarlanıb. Nəticədə sarı bayraq qaldırılıb.
K.Antonelli hidravlika sistemi ilə bağlı problem olduğunu bildirib.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
***12:40
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə start verilib.
Globalinfo.az bildirir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.
Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.
Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.




