Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, “Art Grand Prix” komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.
***10:36
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşündə iki pilot mübarizəni dayandırıb.
Globalinfo.az bildirir ki, “MP Motorspor”dan Oliver Qete və “İnvicta Racing”dən Coşua Durksen sessiyaları vaxtından əvvəl başa vurmalı olublar.
Xatırladaq ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.
***10:03
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Globalinfo.az xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında iki sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

