herrac

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri olan 1-ci və 2-ci Yasamal Yaşayış Komplekslərində, habelə 2-ci Hövsan Yaşayış Kompleksində yerləşən, Agentliyə məxsus MİDA MMC-nin xüsusi mülkiyyətində olan ümumilikdə 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələri qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə satışa çıxarılacaq.

Globalinfo.az bildirir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, hərracı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi keçirəcək.

Paylaş: