metro123

Bakı metropoliteninində yeddivaqonluq qatarlar xətti buraxıla bilər”.

Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırkı vəziyyətdə buna ehtiyac yoxdur:

“Bakının giriş hissəsinin yükünün azaldılması məqsədilə bu gündən etibarən “Avtovağzal” və “Xocəsən” stansiyalarından sərnişinlərin girişi pulsuz təşkil edilib. Bu, metro stansiyalarında sərnişinlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bilirsiniz ki, “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında tunel bağlanıb. Bu da metroda sərnişin axınını azaldıb. Amma bu gündən etibarən metroda sərnişin artımının olacağını planlaşdırılır. Hələ ki, xətlərdə beşvaqonluq qatarlar hərəkət edir və əhəmiyyətli dərəcədə sərnişin artımı yoxdur. Amma gələcəkdə sərnişin sıxlığı yaranarsa, “bənövşəyi” xətt üzrə yeddivaqonluq qatarların hərəkətinə keçə bilərik”.

Paylaş: