yu

Suriyanın prezidenti Əhməd əl-Şaranın Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı zarafatyana çıxışı dünya mediasında gündəm olub.

Globalinfo.az xəbər verir ki, o, ABŞ liderinə Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib.

Belə ki, Suriya lideri Vaşinqtona səfəri zamanı Trampla İsrailin işğal etdiyi Colan təpələri məsələsini danışıb.

“Trampla tamamilə unikal münasibətlərimiz formalaşıb. Ağ Evə gedəndə zarafat etdim. O, Colan təpələrindən danışırdı və onların İsrailin suverenliyi altında olduğunu deyirdi. Mən soruşdum: “Niyə İsrailə Nyu-Cersini vermirsiniz? Colan təpələri sizə məxsus deyil ki, onları kiməsə verəsiniz, Nyu-Cersi isə sizindir’”, – deyə Şara Ağ Ev rəhbərinə bildirib.

O, eyni zamanda vurğulayıb ki, bu zarafatdan asılı olmayaraq, Colan təpələri Suriyaya məxsusdur:

“Buna görə də nə Suriya prezidenti, nə ABŞ prezidenti, nə də başqa biri onlardan imtina etmək və ya onları başqasına vermək hüququna malikdir”.

Qeyd edək ki, Colan təpələri Suriyanın cənub-qərbində, Dəməşqdən təxminən 60 kilometr cənub-qərbdə yerləşir. Ərazi təxminən 1,8 min kvadrat kilometrdir. 1967-ci ildən etibarən Colan təpələrinin böyük hissəsi İsrail tərəfindən işğal edilib, daha sonra isə ilhaq olunub. Bu ərazi uzun illərdir İsrail və Suriya arasında mübahisə predmetidir. 2024-cü ilin dekabrında İsrail təpələrin qalan hissəsini də işğal edib. Ölkələrin böyük əksəriyyəti isə Colan təpələrini Suriya ərazisi hesab edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: