894630.jpeg

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi və mətbuat katibi İsmayıl Bəqai də prezidenti müşayiət edirlər.

Globalinfo.az-a danışan politoloq Kənan Novruzov deyib ki, İran Prezidenti Məsud Pezeşkianın və nümayəndə heyətinin ABŞ-yə səfəri, həmçinin onlara viza verilməsi ikitərəfli münasibətlərin cari durumu baxımından müsbət siqnaldır:

“Görünür, diplomatiya pəncərəsi nə Tehran, nə də Vaşinqton üçün bağlanıb. Əslində, həm ABŞ, həm də İran münasibətlərin kəskinləşməsində maraqlı deyil. Nyu-Yorkda keçiriləcək ikitərəfli görüşlər bu meyilləri daha da gücləndirə bilər. Amma tərəflər arasında “buzların əriməsi” fonunda mümkün təxribatlar da istisna edilməməlidir.

kenan novruzov
Kənan Novruzov

Ola bilsin, ABŞ Pezeşkianı rejim xarici görür. Yəni onunla ayrıca danışıqlara gedilə bilər. Pezeşkianın Vaşinqtonun müttəfiqi Ankara və son illərə əməkdaşlığı intensivləşdirdiyi Bakı ilə yaxın olması da bu ehtimalı yüksəldir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: