Türkiyənin Manisa vilayətində yerləşən Turqutlu rayonunda məktəbə silahlı hücum zamanı 10 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, Manisa Valiliyinin məlumatına əsasən, yaralılardan birinin vəziyyəti ağırdır.
İnsidentdən sonra ərazidən uzaqlaşan şübhəli polis tərəfindən tutulub. İlkin araşdırmalar zamanı onun həmin liseyin 9-cu sinfində təhsil alan H.O. olduğu müəyyənləşdirilib.
Yerli media hadisəni onun törətdiyini yazıb.
***
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb.
Bu barədə Turqutlu Bələdiyyə sədri Çətin Akın məlumat verib.
Onun sözlərinə görə, 4 nəfər yaralı var.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
***
Türkiyənin Manisa bölgəsinin Turqutlu adlanan ərazisində məktəbin qarşısında silahlı hücum baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 4 şagirdin yaralandığı bildirilir.
Məlumata görə, hadisə yerinə çox sayda polis və təcili tibbi xidmət avtomobiləri gəlib.
Məlumat yenilənəcək
SON DAKİKA: Manisa Turgutlu’da yaşanan olaya ilişkin olay yerinden gelen ilk görüntüler. https://t.co/yHimLPebZH pic.twitter.com/Ahkifts7Ts
— BPT (@bpthaber) September 22, 2026