aktsii protesta germaniya avtoprom

Almaniyada “Volkswagen”, “BMW” və “Mercedes-Benz” şirkətlərinin on minlərlə işçisi kütləvi ixtisarlara qarşı çıxaraq etiraz aksiyalarına başlayıb.

Globalinfo.az xəbər verir ki, nümayişçilər iş yerlərinin saxlanılmasını və avtomobil sənayesinə dövlət dəstəyinin göstərilməsini tələb edirlər.

Etirazlara səbəb genişmiqyaslı ixtisarlar olub. Daha əvvəl “Volkswagen” yaxın üç il ərzində 100 min iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Eyni zamanda, “BMW” və “Mercedes-Benz” də personalın sayını azaldır.

“The Guardian” yazır ki, Almaniya avtomobil sənayesindəki böhranın əsas səbəblərindən biri Çin elektrik avtomobili istehsalçılarının sürətli güclənməsidir. Çin maşınları əksər hallarda Almaniya analoqlarından daha ucuz başa gəlir və bununla yanaşı nisbətən müasir funksiyalar təklif edir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: