Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinə yeni başlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul edib.
Globalinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.
“Qardaşlıq təməlinə söykənən münasibətlərimizi, iqtisadiyyat, enerji və bağlantısallıq sahələrində əməkdaşlığımızı, Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma proseslərini müzakirə etdik”, – deyə Cevdet Yılmaz qeyd edib.