
İstanbulda binada baş verən partlayışda 3 nəfər ölüb.
Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki,hadisəyə səbəb qaz sızması olub.
Partlayışdan sonra binada güclü yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb işçiləri göndərilib.
Yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb. Qruplar binada soyutma işlərinə başlayıb.
Partlayış yaxınlıqdakı digər iki binaya da sıçrayıb.














