formula 25 1

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq.

Yarış proqramına əsasən, sentyabrın 24-də bolidlər yerli vaxtla 12:30-13:30-da birinci, 16:00-17:00-da isə ikinci sərbəst yürüş üçün trekə çıxacaqlar.

Sentyabrın 25-də saat 12:30-13:30-da üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-17:00-da əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək sıralanma turu baş tutacaq.

Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış sentyabrın 26-da saat 15:00-da start götürəcək.

Formula-1” üzrə Azərbaycan Qran-prisi

24 sentyabr, cümə axşamı

12:30-13:30 – Birinci sərbəst yürüş (FP1);

16:00-17:00 – İkinci sərbəst yürüş (FP2).

25 sentyabr, cümə

12:30-13:30 – Üçüncü sərbəst yürüş (FP3);

16:00-17:00 – Sıralanma turu.

26 sentyabr, şənbə

15:00 – Əsas yarış.

Paylaş: