“Rusiya Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların yenidən başlamasında maraqlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva danışıqlar prosesinin bərpası üçün yeni cəhd göstərməyə hazırdır:
“Amma biz qarşıya qoyulan məqsədlərə çatmaq üçün xüsusi hərbi əməliyyatı və hərbi fəaliyyətimizi davam etdiririk. Bununla belə, ümid edirik ki, üçtərəfli danışıqları yenidən bərpa edə və məqsədlərimizə sülh yolu ilə çatmaq üçün daha bir cəhd göstərə biləcəyik”.
Kremlin sözçüsü eyni zamanda qeyd edib ki, hazırda danışıqlar prosesində hər hansı irəliləyiş müşahidə olunmur.
Safura Bənnayeva
Globalinfo.az