104755103 926 tehran sinking 0 1024

Tehran səmasında bir neçə naməlum işıqlı obyekt görünüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Görüntülərdə buludların üzərində bir neçə işıq müşahidə olunur. Onların müəyyən məsafə saxlayaraq hərəkət etdiyi görünür.

Videoları paylaşan şəxslər obyektlərdən heç bir səs eşidilmədiyini bildiriblər.

Bundan başqa, Məşhəd səmasında da oxşar işıqlı obyektlərin göründüyünü əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.

Məlumat yayımlandığı vaxta qədər İranın hərbi qurumları, Mülki Aviasiya Təşkilatı və İran Kosmik Agentliyi işıqların mənşəyi ilə bağlı hər hansı açıqlama verməyib.

Sosial şəbəkələrdə obyektlərin dronlar, hərbi texnika və ya peyklərlə əlaqəli ola biləcəyi barədə müxtəlif ehtimallar irəli sürülüb. Lakin bu ehtimalları təsdiqləyən rəsmi məlumat yoxdur.


Safura Bənnayeva
Globalinfo.az

Paylaş: