Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov region rəhbəri vəzifəsinə keçirilən seçkilərdə səslərin 99,85 faizini toplayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, protokolların 99,63 faizinin hesablanmasından sonra Kadırovun nəticəsi 99,85 faiz təşkil edib.
Qeyd edək ki, seçkilərin yekun nəticələri bütün protokollar hesablandıqdan sonra açıqlanacaq.
Əliyar Xəlil
Globalinfo.az