Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbətində Tokayev Putini Rusiya Dövlət Dumasına keçirilən seçkilərin qələbə ilə başa çatması münasibətilə təbrik edib.
Qazaxıstan Prezidenti seçkinin nəticələrinin Rusiya cəmiyyətinin Putinin yürütdüyü strateji siyasətə yüksək səviyyədə etimad göstərdiyini və onu dəstəklədiyini ortaya qoyduğunu qeyd edib.
Danışıq zamanı Qazaxıstan-Rusiya münasibətlərinin gündəliyi də nəzərdən keçirilib.