Yevlaxda 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti dəqiqləşib.
“Report”un Qərb bürosunun məlumatına görə, Xaldan yolunda 2 avtomobilin toqquşması nəticəsində – 1997-ci il təvəllüdlü İ.Kərimzadə, 1983-cü il təvəllüdlü Y.Məmmədova, 1981-ci il təvəllüdlü G.Babayeva və 1983-cü il təvəllüdlü F.Kərimli və daha 3 nəfər xəsarət alıb.
Xatırladaq ki, hadizə zamanı sərnişinlərdən biri – 1985-ci il təvəllüdlü G.Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.
Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Onlardan bir neçəsi bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.