Göygöldə qətl hadisəsi baş verib.
Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.