rus ordusu scaled

Rusiya bölmələri artıq bu qış Zaporojye şəhərinə daxil ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin 1-ci ayrıca hücum alayının komandiri Dmitri Filatov səsləndirib.

“Bunlar Zaporojyeyə qədər gedib çatan piyada qrupları olacaq. Ayrı-ayrı qruplar, amma çatacaqlar”, – deyə ukraynalı hərbçi bildirib.

Onun sözlərinə görə, havaların soyuması ilə Stepnoqorsk istiqaməti – Dnepr sahili Rusiya Silahlı Qüvvələrinin əsas hücum istiqamətinə çevrilə bilər.

Filatov hesab edir ki, məhz bu ərazidə sıx şəhərsalma Rusiya hərbçilərinin irəliləməsinə imkan verə bilər.

Komandirin sözlərinə görə, belə bir ssenari Ukraynaya yardım edən ölkələrə ciddi təsir göstərəcək və Rusiya ordusunu ruhlandıracaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: