bb

Britaniya Silahlı Qüvvələri uzun illərdir lazımi maliyyə ilə təmin olunmur və acınacaqlı vəziyyətdədir”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı, admiral Alan Vest “Telegraph” qəzetinə açıqlamasında deyib.

O, bununla yanaşı, Rusiyanın fəaliyyətinin son dərəcə narahatlıq doğurduğunu qeyd edib və hazırda britaniyalıların artıq müharibə vəziyyətində olduğunu iddia etməyin mümkün olduğunu söyləyib.

“Şübhəsiz ki, biz boz zonadayıq – istər kiberhücumlar, istər hansısa ərazinin sərhədinə yaxınlaşan pilotsuz uçuş aparatları, istərsə də sualtı kabellərə qarşı təhdidlər olsun”, – deyə Vest bildirib.

Böyük Britaniya quru qoşunlarının keçmiş baş komandanı Nik Parker də hazırkı hökumətin ölkənin qarşısında duran məsuliyyətin miqyasını hələ də dərk edib-etmədiyinə əmin olmadığını deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: