Yer kürəsinin formasında iqlim dəyişiklikləri və buzlaqların əriməsi ilə əlaqəli dəyişikliklər baş verir.
Globalinfo.az xəbər verir ki, geoloq Kristofer Kotsakisin sözlərinə görə, Qrenlandiya və Antarktidadakı buz təbəqələrinin sürətlə əriməsi nəticəsində qütb bölgələri yüksəlir, ekvator ətrafındakı ərazilər isə azalır. Mütəxəssis bu prosesin sürətinin son 20 ildə təxminən iki dəfə artdığını bildirir.
Yer öz oxu ətrafında fırlandığı üçün qütblərdə bir qədər yastı, ekvatorda isə qabarıq formadadır. Lakin buz kütlələrinin əriməsi planetin bu formasına da təsir göstərir.
Buzun ağırlığından azad olan yer qabığı qütb bölgələrində yuxarı qalxır. Eyni zamanda, ərimiş buzlardan yaranan suyun ekvator istiqamətində yenidən paylanması okean dibinə düşən yükü artırır və həmin ərazilərin çökməsinə səbəb olur.
Əliyar Xəlil