69a2fc6b595da69a2fc6b595db177228913169a2fc6b595d869a2fc6b595d9

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalarını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, vizalar həm İranın əsas nümayəndə heyətinə, həm də onların fəaliyyəti üçün zəruri hesab edilən müşayiətçi heyətə verilib.

Məlumata görə, İran nümayəndə heyətinin üzvlərinə bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, diplomatların Nyu-York şəhəri daxilində hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. Həmçinin ABŞ qanunvericiliyinə uyğun olaraq nümayəndə heyətinin üzvlərinə dəbdəbəli məhsulların alınması qadağan ediləcək.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İran nümayəndə heyətinə ABŞ-a səfər üçün viza verilməsi müsbət haldır:

“Bu, hər iki tərəfin konstruktiv mövqeyinin təzahürüdür. Görünür, tərəflər münasibətlərin normallaşmasına çalışırlar. Əslində, bu, müəyyən mənada gözlənilən idi. Çünki 40 günlük müharibənin nəticələri nə Vaşinqton, nə də Tehran üçün arzuolunan mənzərə formalaşdırdı. Müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallıq həm ABŞ-ın, həm də İranın Cənubi Qafqazla bağlı əvvəlki yanaşmalarını müəyyən qədər yenidən nəzərdən keçirməsini zəruri etdi.

Burada əsas məsələ yalnız ayrı-ayrı səfərlər və görüşlər deyil, regionda qüvvələr nisbətinin dəyişməsi və bunun dövlətlərin xarici siyasət prioritetlərinə təsiridir.  na görə də tərəflərin bir-birinin mövqeyini daha yaxşı anlamağa və mövcud fikir ayrılıqlarını diplomatik kanallarla müzakirə etməyə çalışması təbii prosesdir.

Digər tərəfdən, həm ABŞ-da, həm də İranda regiondakı proseslərin yaratdığı daxili siyasi müzakirələr və müəyyən narazılıqların olması mümkündür. Xarici siyasətdə atılan addımlar xüsusilə regional təhlükəsizlik, hərbi-siyasi qərarlar və qonşu ölkələrlə münasibətlər məsələsində cəmiyyət daxilində müxtəlif reaksiyalar doğura bilər. Buna görə də tərəflərin münasibətləri kəskin qarşıdurma üzərindən deyil, dialoq və qarşılıqlı maraqlar əsasında qurmağa çalışması daha məqsədəuyğun görünür”.

kenan novruzov
Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, bu səfər ikitərəfli münasibətlərin müzakirəsi baxımından da səciyyəvi ola bilər:

“Bu səfəri həm də münasibətlərdə müəyyən gərginliklərin aradan qaldırılması və yeni səhifənin açılması istiqamətində siyasi mesaj kimi qiymətləndirmək olar. Təbii ki, bir səfərlə bütün problemlərin həll olunacağını gözləmək doğru olmaz. Ancaq yüksək səviyyəli təmasların intensivləşməsi tərəflərin dialoqa üstünlük verdiyini göstərir. Əgər bu proses qarşılıqlı etimadın artırılması və konkret məsələlər üzrə praktiki nəticələrin əldə olunması ilə müşayiət olunarsa, o zaman ikitərəfli münasibətlərdə yeni dinamikanın formalaşmasından danışmaq mümkün olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: