Ermənistandakı revanşist qüvvələr qondarma rejimlə bağlı iddialarından geri çəkilmir və bunu beynəlxalq müstəvidə təqdim etməyə cəhd göstərirlər. Qarabağda mövcud olmuş qondarma rejimin özünü buraxması ilə bağlı bəyanat isə hansısa səbəbdən Ermənistandakı reevanşist qüvvələrin yaddından çıxıb.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, Qarabağdakı qondarma rejim hələ 3 il əvvəl sentyabrın 28-də özünü buraxdığını elan etmişdi.

Bu barədə indi Ermənistanda hay-küy salan separatçıların “prezidenti” Samvel Şahramanyan “fərman” belə imzalamışdı.

O, bütün qondarma dövlət qurumlarını ləğv edərək əhalini Azərbaycanın reinteqrasiyası üçün şəraitlə tanış olmağa çağırış etmişdir: “Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, insanların fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə razılaşdırılıb ki, Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir.

1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ Respublikası (Azərbaycanın Qarabağ iqtisadi rayonu – red.) öz fəaliyyətini dayandırsın.

2. Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu fərman dərc edildiyi gündən qüvvəyə minir”.

Paylaş: