abs herbcileri

İranla münaqişədə ABŞ hərbçiləri arasında ölənlərin sayı rəsmi rəqəmlərdən daha çoxdur, 18 yox, ən azı 22 nəfərdir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşington Post” məlumat yayıb.

Bildirilib ki, Pentaqon rəsmiləri dəqiq rəqəmlərin qurumun rəsmi sənədlərində əks olunmamasından narazıdırlar.

Qeyd edək ki, ABŞİsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar.

Lakin 8 iyul gecəsi ABŞ İrana qarşı genişmiqyaslı hücumları bərpa edib. Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə son qoyduğunu və sanksiyalar vasitəsilə onu “iqtisadi cəhətdən boğmaq” cəhdlərinə keçdiyini bildirdi.

Paylaş: