1779353981 tehran flag gettyimages 2199945331 900x600 1

ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “NewsNation” telekanalına müsahibəsində deyib.

O bildirib ki, hazırda İran tərəfi razılaşma əldə etməyə çalışır. Amma mümkün razılaşma ABŞ üçün qəbuledilməz olsa, bu halda nəzərdən keçirilməyəcək.

İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı əvvəlki açıqlamasına toxunan ABŞ lideri bu dəfə “Görək nə baş verəcək” ifadəsini işlətməklə kifayətlənib.

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi bildirib ki, İran düşmənin istənilən səhvinə qətiyyətlə cavab verməyə 100 faiz hazırdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: