rusiya 900x600 1

Rusiya yeni neft ehtiyatlarının aşkarlanması sayəsində Qərbə qarşı güclü “kozır” əldə edib”.

Globalinfo.az xəbər verir ki,  bunu isveçli analitik Lars Bern “Swebb TV”nin efirində deyib.

“Bu, Rusiyanın şimal sahili boyunca uzanan gəmiçilik dəhlizinə böyük əhəmiyyət verəcək və Qərbin bu dəhlizə heç bir çıxışı olmayacaq”, – deyə analitik vurğulayıb.

Bernin sözlərinə görə, Sibirin şimalında aşkarlanan yataqda inanılmaz həcmdə ehtiyatlar ola bilər.

O əlavə edib ki, neft dünya iqtisadiyyatının “lokomotivi”dir və nə Rusiya, nə də Çin neft qıtlığı ilə üzləşmək təhlükəsi qarşısındadır.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Urals” markalı neftinin qiyməti 120 dollara yüksəlib. Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bunun Rusiya iqtisadiyyatını zəiflətməyə yönəlmiş cəhdlərin nəticəsiz olduğunu göstərdiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: