İstanbulda tanınmış şəxslərin də aralarında olduğu şəxslərə qarşı narkotiklərlə bağlı əməliyyat keçirilib.
Globalinfo.az xəbər verir ki, tədbirlər Bakırköy Respublika Baş Prokurorluğunun apardığı “Məşhurlara qarşı narkotik araşdırması” çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat nəticəsində 14 nəfər saxlanılıb.
Onların arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisalar Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Yeliz Yeşilçimen və Hazal Filiz Küçükköse, həmçinin Hande Demir, müğənni Anıl Durmuş, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı yer alıb.
Bununla yanaşı, daha üç nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
Safura Bənnayeva
Globalinfo.az